“Real”dan darmadağın

İspaniya La Liqasında 33-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda “Alaves” “Valyadolid”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Şənbə günü dörd oyun baş tutub. “Rayo Valyekano” – “Hueska” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Selta” – “Jirona” matçında meydan sahibləri çətin qələbəyə seviniblər. Səfərdə “Eybar”la üz-üzə gələn “Atletiko” minimal hesabla üstün olub. Lider “Barselona” isə “Real Sosyedad”la ev oyunundan qalib ayrılıb.

Son oyun günündə beş görüş baş tutub. Dörd qolun qeydə alındığı “Levante” – “Espanyol” matçında qalib müəyyənləşməyib. Səfərdə “Xetafe” ilə üzləşən “Sevilya” 3 cavabsız qolla məğlub olub. Madrid “Real”ı isə “Atletik”lə ev oyununda darmadağına sevinib. “Vilyarreal” da “Leqanes”i məğlub yola salıb. “Betis”in qonağı olan “Valensiya” çətinliklə üç xala sahib çıxıb.

İspaniya La Liqası, 33-cü tur

19 aprel

Alaves – Valyadolid 2:2
Qol
: Quidetti, 4. Coni, 24 – X.Fernandes, 38. E.Ünal, 76-pen.

20 aprel

Selta – Jirona 2:1
Qol
: Aspas, 34. Bufal, 69 – Portu, 48.

Eybar – Atletiko 0:1
Qol
: Lemar, 85.

Rayo Valyekano – Hueska 0:0

Barselona – Real Sosyedad 2:1
Qol
: Lanqle, 45. Alba, 64 – Xuanmi, 62.

21 aprel

Levante – Espanyol 2:2
Qol
: Vezo, 62. Roşina, 72 – B.İqlesias, 16. Roxa, 65.

Xetafe – Sevilya 3:0
Qol
: Mata, 35-pen. Molina, 45-pen; 53.

Real – Atletik 3:0
Qol
: Benzema 47; 76; 90.

Vilyarreal – Leqanes 2:1
Qol
: Bakka, 64. Ekambi, 80 – El Zar, 87-pen.

Betis – Valensiya 1:2
Qol
: Lo Çelso, 78-pen – Quedes, 45; 49.

Bombardir: Lionel Messi (Barselona) – 33 qol.