“Barselona” qalan bütün oyunlarda qələbə qazanmalıdır” – Suares

İspaniya La Liqasının 35-ci turu çərçivəsində “Espanyol”u 1:0 hesabı ilə məğlub edən “Barselona”nın futbolçusu Luis Suares açıqlama verib.

Komanda.az xəbər verir ki, oyunda katalonlara qələbə qazandıran qolun müəllifi olan futbolçu, qarşılaşma ilə bağlı bunları deyib:

“Oyunun nə qədər çətin keçəcəyini bilirdik. Komandada yorğunluq vardı. Vacib olan qələbə qazanmağımız və xallarımızın sayını artırmağımızdır.

“Barselona” qalan bütün oyunlarda qələbə qazanmalıdır. Öz oyunumuzu düşünməli və “Real”ın xal itirəcəyinə ümid etməliyik”.

“Barselona” 35 turdan sonra 76 xal toplayıb və bir oyun az keçirən lider “Real”dan geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button