“Barselona” Neymar üçün ilk təklifini göndərdi

“Barselona” PSJ-nin futbolçusu Neymarı transfer etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi braziliyalı hücumçu üçün Paris klubuna rəsmi təklif göndərib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, “Barselona”nın Neymar üçün PSJ-yə 100 milyon avro və Filippe Koutinyonu təklif etdiyi bildirilib. Paris təmsilçisi isə bu təklifə müsbət yanaşmayıb.

İspaniya mətbuatı Neymarın PSJ-dən ayrılaraq “Barselona”ya qayıtmaq istədiyini iddia edir.

Neymar 2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avro qarşılığında keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button