“Barselona” Kunde ilə yollarını ayıra bilər

“Barselona” müdafiə xəttində dəyişiklik etməyə hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalılar fransalı müdafiəçisi Jül Kunde ilə yolları ayırmağı nəzərdən keçirir.

“Barselona” rəhbərliyi Kundenin ötən mövsümdəki çıxışından məmnun qalmayıb və onun satışı barədə düşünür. Klub həmçinin, müdafiə xəttini gücləndirmək üçün yeni futbolçu transfer etməyi planlaşdırır.

27 yaşlı futbolçu 2022-ci ilin yayından “Barselona”da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button