“Barselona” Neymara görə 2 futbolçusunu “qurban verməyə” razıdır

“Barselona” yenidən PSJ-nin hücumçusu Neymar üçün hərəkətə keçməyə hazırlaşır.

Komanda.az AS-a istinadən xəbər verir ki, Kataloniya klubu keçmiş futbolçusunu yenidən heyətinə qatmaq üçün danışıqlara iki futbolçunu daxil edəcək. Məlumata görə, katalonlar PSJ-yə Antuan Qrizmannı və Osman Dembeleni təklif edəcək. Bununla bərabər, “Barselona”nın əlavə məbləğ ödəməsi də istisna edilmir.

Daha əvvəl yayılan məlumata görə, Neymar “Barselona”ya transferinə mane olmaması üçün PSJ ilə razılıq əldə etmişdi.

“Barselona” keçən yay da Neymarı heyətinə qatmaq istəmiş, lakin bu keçid baş tutmamışdı.

Neymarın Paris klubu ilə hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button