
“Barselona”nın “B” planı: İspaniya millisinin hücumçusu
“Barselona” Robert Levandovskinin gedişindən sonra heyətini gücləndirmək üçün hücumçu axtarır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin əsas transfer hədəfi hələ də Xulian Alvares (“Atletiko”) olaraq qalır. Ancaq klub rəhbərliyi alternativ variantları da nəzərdən keçirir.
“Barselona”nın siyahısında yer alan futbolçulardan biri də Mikel Oyarzabaldır. Hazırda “Real Sosyedad”da çıxış edən hücumçunun transferinin Alvareslə müqayisədə daha münasib məbləğə başa gələ biləcəyi bildirilir.
29 yaşlı Oyarzabal peşəkar karyerası ərzində yalnız “Real Sosyedad”ın formasını geyinib. O, ötən mövsüm Bask təmsilçisinin heyətində keçirdiyi 40 oyunda 18 qol vurub. Futbolçu davam edən dünya çempionatında da məhsuldar çıxışı ilə diqqət çəkərək, İspaniya millisinin heyətində iki matçda 2 dəfə fərqlənib.
“Transfermarkt” portalı Oyarzabalın bazar dəyərini 25 milyon avro olaraq qiymətləndirir.
Bizi Facebook-da izləyin



