“Barselona” mənə çox şey verib” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola keçmiş klubu “Barselona” haqqında danışıb.

Komanda.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Kataloniya təmsilçisi haqda xoş sözlər deyib:

“Barselona” mənim ürəyimdəki klubdur. “Barselona” mənə çox şey verib. Bu, mənim həyatımın bir hissəsidir. “Mançester Siti”yə gəlincə, bu klub çox adamın əməyi sayəsində böyüdü”.

Qvardiola məşqçilik karyerasına “Barselona”da başlayıb. O, 2008-2012-ci illərdə bu komandada baş məşqçilik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button