“Barselona” Messi üçün danışıq aparır

“Barselona” PSJ-nin hücumçusu Lionel Messinin 2023-cü ildə geri dönməsi üçün onun çevrəsindəki şəxslərlə danışıqlar aparır.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bu gün 35 yaşlı argentinalının Kataloniya klubuna qayıtması üçün çoxlu imkanlar var.

Messi 2003-2021-ci illərdə “Barsa”da oynayıb. O, Paris klubuna 2021-ci ildə azad agent kimi qoşulub.

Hücumçu ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 34 oyunda 11 qol vurub və 15 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button