“Sevilya” səfərdə xal itirdi

İspaniya La Liqasında 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Madrid “Atletiko”su səfərdə “Vilyarreal”ın qonağı olub. Qarşılaşma qolsuz bitib.

Lider “Barselona” “Malyorka”nı, “Real” isə “Espanyol”u qəbul edib. Madrid təmsilçisi iki cavabsız qolla qalib gəlibsə, Kataloniya təmsilçisi darmadağına sevinib.

Sonuncu oyun günündə beş görüş baş tutub. “Valyadolid” – “Real Sosyedad” matçında hesab açılmayıb. “Eybar” evdə “Xetafe”yə məğlub olub. “Betis” “Atletik”i, “Leqanes” “Selta”nı məğlub yola salıb. “Osasuna” – “Sevilya” matçı da heç-heçə başa çatıb.

İspaniya La Liqası, 16-cı tur

6 dekabr

Vilyarreal – Atletiko 0:0

7 dekabr

Real – Espanyol 2:0
Qol
: Varan, 37. Benzema, 79.

Qranada – Alaves 3:0
Qol
: Fernandes, 48. Soldado, 58. Herrera, 77.

Levante – Valensiya 2:4
Qol
: Rocer, 11; 20 – Rocer, 45+3. Qameyro, 57; 59. Torres, 88.

Barselona – Malyorka 5:2
Qol
: Qrizmann, 7. Messi, 17; 41; 83. L.Suares, 43 – Budimir, 35; 64.

8 dekabr

Eybar – Xetafe 0:1
Qol
: Anxel, 67.

Betis – Atletik 3:2
Qol
: Xoakin, 2; 11; 20 – Uilyams, 44-pen. Berçiçe, 75.

Valyadolid – Real Sosyedad 0:0

Leqanes – Selta 3:2
Qol
: Oskar, 15; 39. Rodriqes, 55 – Arauxo, 64. Aspas, 81.

Osasuna – Sevilya 1:1
Qol
: Avila, 45+2 – El Haddadi, 11.

Bombardir: Lionel Messi (Barselona) – 12 qol.