“Barselona” 25 ildən sonra…

“Barselona” La Liqanın 5-ci turunda səfərdə “Qranada”ya məğlub olub – 0:2.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi La Liqada 5 turdan sonra 7 xal toplaya bilib. Bu, “Barselona”nın son 25 ildə ən uğursuz startıdır. Kataloniya təmsilçisi sonuncu dəfə 1994/95 mövsümündə ilk 5 turda 7 xal toplamışdı.

Ernesto Valverdenin rəhbərlik etdiyi kollektiv 5 turdan sonra turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.