“Adın olsun istədin, oldu, ancaq adam ola bilmədin” FOTO

“Barselona” La Liqanın 15-ci turunda səfərdə “Atletiko” ilə qarşılaşıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu oyunda yerli azarkeşlər yayda “Barselona”ya transfer olunan Antuan Qrizmannı hədəf alıblar. Oyunun əvvəlində isinmə hərəkətləri edən Qrizmanna azarkeşlər “öl!” deyə, qışqırıblar.

Tribunalarda isə “Adın olsun istədin, oldu, ancaq adam ola bilmədin” yazılı pankart açıblar.

“Barselona” “Atletiko”nu Lionel Messinin 86-cı dəqiqədə vurduğu qolla məğlub edib – 1:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button