“Barselona” Kundeylə bağlı qərarsızdır

“Barselona” hələ də müdafiəçi Jül Kunde ilə nə edəcəyinə dair qərarsızdır.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, fransalı futbolçu yay transfer pəncərəsində satıla bilər, lakin hələlik yekun qərar verilməyib.

Daha əvvəl bildirilirdi ki, Kunde yayda Fransa çempionatına qayıda bilər. Futbolçunun adı PSJ klubu ilə yanaşı hallanırdı.

Fransalı müdafiəçi bu mövsüm 1 qol vurub və 2 məhsuldar ötürmə edib. “Barselona” 2022-ci ilin yayında Kundenin transferi üçün “Sevilya”ya 50 milyon avrodan çox pul ödəmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button