“Barselona” Qrizmannı bu qiymətə satmaq istəyir

“Barselona” klubu yayda futbolçusu Antuan Qrizmannı sata bilər.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, Kataloniya təmsilçisinin fransız futbolçusunu 60 milyon avroya satmağa hazır olduğu bildirilib.

Qrizmannla İngiltərənin “Mançester Yunayted” və Fransanın PSJ klubları maraqlanır.

29 yaşlı hücumçu bu mövsüm “Barselona” ilə 35 oyunda 12 qol vurub, 10 məhsuldar ötürmə edib.