Rəsmi: “Barselona”da yeni hücumçu

“Barselona” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Leqanes”dən Martin Breytveyti transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı hücumçu ilə müqavilə mövsümün qalan hissəsi və 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

“Barselona” Breytveyt üçün “Leqanes”ə 18 milyon avro ödəyib. Danimarkalı hücumçunun Kataloniya təmsilçisindəki sərbəstqalma məbləği 300 milyon avro müəyyənləşdirilib.

Danimarka millisinin də üzvü olan Breytvey, bu mövsüm La Liqada 24 oyunda 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button