“Barselona”nın Messiyə borcu var – məbləğ bilindi

“Barselona” klubu futbolçusu Lionel Messiyə borcludur.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Kataloniya təmsilçisi yanvarın sonuna qədər Messiyə 72 milyon avro ödəməli idi. Lakin argentinalı hücumçuya cəmi 8,5 milyon avro verilib.

“Barselona” Messiyə maaş və imic hüquqlarına görə 63,5 milyon avro borcludur.

Bundan əvvəl “El Mundo” nəşrinin yaydığı məlumatda Messinin 2017-ci ildə imzaladığı 4 illik müqavilə ilə 555 milyon avro qazandığı bildirilib. Argentinalı oyunçunun Kataloniya klubu ilə müqaviləsi bu yay başa çatır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button