“Barselona”da ciddi itki – “Yuventus”la oyunu buraxacaq

“Barselona” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Filippe Koutinyo zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqanın 7-ci turunun “Real”la oyununda (1:3) zədələnən braziliyalı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Yuventus”la oyununda iştirak edə bilməyəcək.

“Yuventus” – “Barselona” matçı oktyabrın 28-də keçiriləcək.