“Barselona”da ciddi itki

“Barselona” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin heyətində Luis Suares zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniya La Liqasının ilk turunun “Atletik”lə matçında (0:1) zədələnən Suares, 34-cü dəqiqədə yerini Rafinya Alkantaraya verib.

Suaresin son durumu tibbi müayinədən sonra bilinəcək.