“Barselona” ilə oyunu səbirsizliklə gözləyirik” – Müller

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona” ilə qarşılaşacaq “Bavariya”nın futbolçusu Tomas Müller açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, almaniyalı futbolçu, katalonlarla oyunda qələbəyə inandığını bildirib:

“Komandada olan özünəinamın bizə üstünlük qazandırdığını düşünürəm. Səhv etmək istəmirik. Bütün gücümüzlə irəli getmək istəyirik.

Çempionlar Liqasında favorit olaraq göstərilsək də, bu matçda qalib gəlmək çox vacibdir. Burda istedaddan daha artığı tələb edilir. “Barselona” ilə oyunu səbirsizliklə gözləyirik. “Barselona”nın son zamanlarda problemləri olsa belə, oyunda hər şey baş verə bilər. Özümüzdən əmin və təmkinli oynayacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button