“Barselona” ilə “Yuventus” futbolçularını dəyişir

“Barselona” ilə “Yuventus” qış fasiləsində futbolçularını dəyişə bilər.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Yuventus”dan Əmrə Canı transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “qoca sinyora”nın Əmrənin yerini “Barselona”dan İvan Rakitiçlə doldurmağı planlaşdırdığı bildirilir.

Artıq klublar futbolçularının dəyişdirilməsinin müzakirəsini edirlər. Rakitiç bu mövsüm “Barselona”da 13, Əmrə Can isə “Yuventus”da 6 oyunda iştirak edib.

Hər iki yarımmüdafiəçi klublarında az şans tapmalarından narahatdır və qış fasiləsində komandalarından ayrılmaq niyyətindədirlər.