“Barselona”nın Halandla bağlı planı

“Mançester Siti”nin hücumçusu Erlinq Haland karyerasını “Barselona”da davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Kataloniyalılar 23 yaşlı norveçli forvardla maraqlanmaqda davam edirlər. “Barselona” 2025-ci ilə qədər maliyyə problemlərini həll etmək niyyətindədir ki, bu da klubun Halandın alınmasına əhəmiyyətli vəsait xərcləməsinə imkan verəcək. Hücumçunun “Mançester Siti”ni tərk etməsi həm də, İngiltərə klubunun maliyyə feyr-pley qaydalarını pozduğuna görə sanksiyalardan qaçmasına kömək edə bilər.

Haland özü, Kilian Mbappenin “Real”a mümkün transferindən sonra “Barselona”ya keçməyə etiraz etməyəcəyini söyləyib.

Haland bu mövsüm 34 oyun keçirib, 29 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button