“Barselona” Frenki de Yonqu İngiltərə klubuna satmaq istəyib

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq etiraf edib ki, Kataloniya klubunun ciddi maliyyə problemi olanda “Mançester Yunayted”ə keçə bilərmiş.

Komanda.az “NOS.nl”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu, “Barselona”nın ona görə “Mançester Yunayted”lə danışıq apardığını da deyib:

“Klub çətin vəziyyətdə idi və məni yaxşı pula sata bilərdilər. Onlar bunu etmək istədilər və “Mançester Yunayted”lə danışıqlar apardılar. Amma mən klubdan ayrılmaq istəmədim və buna görə də, qaldım”.

26 yaşlı Frenki de Yonq “Barselona”ya 2019-cu ildə “Ayaks” klubundan keçib. Kataloniya klubu niderlandlı yarımmüdafiəçi üçün 86 milyon avro ödəyib. De Yonqun “Barsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button