“Barselona” Fatini satacaq? – klub rəsmisindən açıqlama

“Barselona” klubunun direktoru Xavier Vilajoana son vaxtlar adı müxtəlif klublarla yanaşı çəkilən Ansu Fati ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, 17 yaşlı futbolçunu satmayacaqlarını bildirib:

“Ansu ilə bağlı heç bir söhbətimiz olmayıb, onu satmaq barədə danışmamışıq. Akademiyamızın futbolçularından pul qazanmaq üçün istifadə etməyəcəyik. Gələcəkdə əsas komandanı təşkil edəcək futbolçuları satmaq niyyətimiz yoxdur. Məncə, Fati də burda xoşbəxtdir. Qarşıdakı illərdə o, komanda üçün daha vacib bir futbolçu olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button