Luis Suaresin yerinə “Yuventus”un hücumçusu?

Luis Suaresə əvəzləyici axtaran “Barselona” “Yuventus”un futbolçusunu transfer etmək niyyətindədir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora”nın 19 yaşlı hücumçusu Moyze Kin “Barselona”nın transfer hədəfindədir. Kataloniya klubunun gənc futbolçu üçün “Yuventus”a təklif göndərməyə hazırlaşdığı bildirilir.

“Yuventus”un Kin üçün azı 30 milyon avro tələb etdiyi bildirilir.

İtaliyalı futbolçunun “İnter”, “Everton” və “Borussiya” (Dortmund) kimi klubların da maraq dairəsində olduğu deyilir. Kinin Turin təmsilçisi ilə müqaviləsi 2020-ci ildə başa çatır.