
Balde bir şərtlə satıla bilər
“Barselona” rəhbərliyi müdafiəçisi Alexandro Balde ilə bağlı transfer planlarını müəyyənləşdirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi Hans-Diter Flik 22 yaşlı futbolçunu əsas heyətdə sabit oyunçu kimi görmür. Bu səbəbdən, onun klubdakı gələcəyi ətrafında müəyyən suallar yaranıb.
Bununla belə, Kataloniya klubu Baldeni bu yay satış siyahısına çıxarmaq niyyətində deyil. Yalnız yüksək məbləğli və həm klub, həm də futbolçu üçün sərfəli təklif gəldiyi halda onun transferinə razı ola bilər.
İspaniyalı müdafiəçinin “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



