“Barselona” “Ayaks”ın daha bir futbolçusu ilə razılığa gəldi

“Ayaks”ın müdafiəçisi və kapitanı Matteys de Liqt karyerasını İspaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, “Barselona” 19 yaşlı futbolçunun keçidində “Ayaks”la razılaşıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Barselona” rəhbərliyinin de Liqtin meneceri Mino Rayola ilə ötən ay görüşdüyü və ilkin razılığın əldə olunduğu bildirilib.

“Barselona”nın yaxın günlərdə de Liqtin transferini rəsmən açıqlayacağı gözlənilir.

“Ayaks”ın daha bir futbolçusu – Frenki de Yonq bir müddət əvvəl “Barselona” ilə anlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button