“Atletiko” mövsümə qələbə ilə başladı

İspaniya La Liqasında 2019/20 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, ilk turun oyunları 3 günü əhatə edib. Son çempion “Barselona” mövsümün açılış oyununda “Atletik”lə qarşılaşıb. Görüş Kataloniya klubunun minimal hesablı məğlubiyyəti ilə bitib.

“Real” ilk turda “Selta”nın qonağı olub. Görüşdə madridlilər 3:1 hesablı qələbəyə sevinib.

Son mövsümün gümüş medalçısı “Atletiko” doğma azarkeşləri qarşısında “Xetafe”ni sınağa çəkib və minimal hesabla qalib gəlib.

İspaniya La Liqası, 1-ci tur

16 avqust

Atletik – Barselona 1:0

Qol: Aduris, 88.

17 avqust

Selta – Real 1:3
Qol:
Losada, 90+1 – Benzema, 12. Kroos, 61. Lukas, 80.

Valensiya – Real Sosyedad 1:1
Qol: Qameyro, 58 – Oyarzabal, 90+11-pen.

Malyorka – Eybar 2:1
Qol: Rodriqes, 4. Oliveyra, 75-avtoqol. Oliveyra, 57.

Leqanes – Osasuna 0:1
Qol: Avila, 75

Vilyarreal – Qranada 4:4
Qol:
Kazorla, 35-pen. Qomes, 53. Moreno, 65. Çukvuze, 73 – Viko, 45+6-pen. Makis, 62. Soldado, 75. Puertas, 81.

18 avqust

Alaves – Levante 1:0
Qol
: Xoselu, 54.

Espanyol – Sevilya 0:2
Qol
: Requylon, 44. Nolito, 86.

Betis – Valyadolid 1:2
Qol
: Loren, 68 – Qvardiola, 63. Plano, 89.

Atletiko – Xetafe 1:0
Qol
: Morata, 23.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button