“Barselona” 8 futbolçu ilə yollarını ayıra bilər

“Barselona”nın cari mövsümün sonunda satışa çıxaracağı futbolçuların adları məlum olub.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu 8 futbolçusunu heyətdən göndərmək niyyətindədir. Belə ki, katalonlar İvan Rakitiç, Arturo Vidal, Samuel Umtiti, Martin Breytveyt, Filippe Koutinyo, Junior Firpo və Netonu satmağı planlaşdırır.

Bundan başqa, katalonlar uyğun məbləğ qarşılığında Antuan Qrizmannı da satmağı düşünür.