“Barselona” 25 milyon avroya müdafiəçi alır

İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu “Ayaks”ın müdafiəçisi Serjino Desti heyətinə qatmağa yaxındır. Klublar arasında bu keçidlə bağlı razılığın əldə olunduğu bildirilir. Məlumata görə, “Barselona” Dest üçün Niderland klubuna 20 milyon+5 milyon avro (bonus) ödəyəcək.

“Ayaks”ın yetirməsi olan futbolçu 2019-cu ildən əsas komandada çıxış edir. Onun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatır.