Runi İngiltərənin iki klubunun “radar”ındadır

“Barselona”nın vingeri Runi Bardqi yay transfer dönəmində komandasını dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu İngiltərə Premyer Liqasının iki klubu – “Aston Villa” və “Lids” tərəfindən yaxından izlənilir. Bardqinin bu yay Kataloniya klubundan ayrılması gözlənilir. Lakin klub hələlik futbolçunun icarə əsasında, yoxsa daimi transferlə göndəriləcəyinə qərar verməyib.

Bardqi 2025/26 mövsümündə bütün turnirlərdə 28 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı isveçli oyunçunun bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button