Balotelli Ronaldoya ilişdi: “Futbolun yaxşılığı üçün Messini…” FOTO

“Marsel”in futbolçusu Mario Balotelli “Yuventus”un hücumçusu Kriştiano Ronaldoya sataşıb.

Komanda.az xəbər verir ki, italyan hücumçu, “Barselona”nın Çempionlar Liqasının yarımfinalında “Liverpul”u məğlub etdiyi oyunda cərimə zərbəsindən qol vuran Lionel Messi haqda paylaşım edib. Balotelli, “instagram” hesabında etdiyi paylaşımda “Yuventus”un hücumçusu Ronaldoya ilişib:

“Messi fenomendir. Futbolun yaxşılığı üçün Messini “Yuventus”un 7 nömrəsi ilə müqayisə etməyin”.

“Barselona”nın “Liverpul”u 3:0 hesabıyla məğlub etdiyi oyunda Messi dubla imza atıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button