Balotelli açıqladı: “Marsel”dən ayrıldığını

Qış transfer dövründə “Nitsa”dan “Marsel”ə keçən Mario Balotelli klubdan ayrılıb.

Komanda.az xəbər verir ki, italiyalı futbolçu, sosial şəbəkə hesabında etdiyi paylaşımda, “Marsel”dən ayrıldığını deyib:

“Hədəfimizə çatmasaq da, burda keçirdiyimiz 5 ay üçün hər kəsə təşəkkür edirəm. Məşqçilərə, futbolçulara, prezidentə və direktorlara, bizimlə çalışan hər kəsə və azarkeşlərə təşəkkür etmək istəyirəm. Tezliklə görüşərik və ya sizə gələcək illərdə uğurlar arzu edirəm”.

Mövsümün ikinci hissəsində “Marsel”in heyətində 25 oyunda iştirak edən 28 yaşlı hücumçu, 8 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button