Balde “Barselona”dan ayrıla bilər

“Barselona”da müdafiəçi Alexandro Balde ilə bağlı vəziyyət yenidən müzakirə olunur.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi artıq ispaniyalı futbolçunun mümkün satışını istisna etmir.

“Barselona” daha əvvəl 22 yaşlı oyunçuya uzunmüddətli perspektivdə güvənirdi. Ancaq son dövrlərdəki enişi və tez-tez aldığı zədələr klubun mövqeyini dəyişib.

Balde qarşıdakı yay transfer pəncərəsində cəlbedici təklif alacağı halda komandanı tərk edə bilər. O, öz potensialını daha yaxşı nümayiş etdirə biləcəyinə inanır və “Barselona”nın baş məşqçisi Hans-Diter Flikə start heyətdə oynamağa layiq olduğunu sübut etmək niyyətindədir. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button