“Hələ heç nə etməmişik” – Skaloni

Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin ikinci turunun Meksika ilə matçı (2:0) barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qrup mərhələsinin sonuncu oyunu haqqında da fikir bidlirib:

“Oyun artıq bitib. Sabah növbəti matç üçün yenidən hazırlaşmalıyıq. Sevinc çox uzun sürmür. Qələbə və məğlubiyyət arasında balans olmalıdır. Hələ heç nə etməmişik”.

Skaloni Argentina yığmasının hücumçusu Lionel Messinin oyununu da dəyərləndirib:

“Oyunun çox çətin olacağını bilirdik. “10 nömrə”miz matçın taleyini həll etdi. Messi dünya çempionatından həzz almalıdır. Meksikalı azarkeşlər də onu bəyənirlər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button