Bakıdakı dünya kubokunda ilk finalçı bəlli oldu

Bakıda keçirilən yunan-Roma güləşi üzrə dünya kubokunda ilk finalçı bəlli olub.

Komanda.az xəbər verir ki, İran yığması A qrupundakı ikinci görüşündə Qırğızıstan kollektivi ilə üz-üzə gəlib.

İran rəqibini 8:2 hesabı ilə üstələyərək finala yüksəlib.

Bu komanda daha əvvəl Türkiyə seçməsini 6:4 hesabı ilə məğlub etmişdi. Qrupda bu gün Türkiyə – Qırğızıstan qarşılaşması da olacaq.

Qırğızıstan – İran – 2:8

55 kq
Talaybek Beişenbek Uulu – Poya Marz – 1:9

60 kq
Nurmuxammet Abdullayev – Mehdi Necad – 0:5

63 kq
Kali Süleymanov – İman Məhəmmədi – 1:12

67 kq
Xalmurat İbrahimov – Seyid Söhrabi – 2:10

72 kq
Adilxan Nurlanbekov – Əmir Abdi – 0:6

77 kq
Akilbek Talantbekov – Məhəmməd Muxtari – 1:7

82 kq
Kalidin Asikeyev – Məhəmmədhüseyn Mahmudi – 6:1

87 kq
Atabek Azizbekov – Abolfazl Çubani – 9:2

97 kq
Uzur Cuzupbekov – Mehdi Balihamzehdeh – 3:3 (sonuncu xal prinsipi ilə iranlı güləşçi qalib gəlib)

130 kq
Erlan Manatbekov – Aliakbar Yusifəhmədçali – 1:4 (tuşe)

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button