Bakıda keçiriləcək dünya kubokunda 11 ölkə iştirak edəcək

Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə dünya kubokunda 11 ölkə iştirak edəcək.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytı məlumat yayıb.

Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Avstraliya, Belarus, Bolqarıstan, Estoniya, Gürcüstan, Qazaxıstan, Polşa, Rusiya, İspaniya və Ukrayna təmsilçiləri də mübarizə aparacaq.

Dünya kuboku iyunun 5-7-si aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button