“Bakıda bizə çətin olacağını bilirdim” – Şpilevski

Kiprin “Aris” (Limassol) komandasının baş məşqçisi Aleksey Şpilevski Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları matçdan (ilk oyun 2:0) sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Neftçi”ni təbrik edirəm və onlara uğur arzulayıram. İlk oyunun ilk hissəsində yüz faizli şanslardan yararlana bilmədik. Elə həmin oyunda biz mərhələni uduzduq. Bu gün isə uşaq səhvləri buraxdıq. Qırmızı vərəqədən sonra heç cür oyunumuzu tapa bilmədik. Bu gün bizə daha çətin idi. Çünki “Neftçi” azarkeşləri önündə oynayırdı. Bəlkə də, bir il gözləməli olacağıq ki, növbəti dəfə avrokuboklarda çıxış edək. Bəlkə, yenidən “Neftçi” ilə qarşılaşdıq”.

O qeyd edib ki, aqressiv futbol nümayiş etdirmələri normaldır:

“Yəqin ki, siz İngiltərə futboluna da baxmısız. Orada da bu cür futbol nümayiş etdirilir. Düzdür, Morqan Braun ikinci sarı vərəqəni alanda kobudluq etdi. Ancaq ümumilikdə bu cür futbol oynamaqda qeyri-adi bir şey görmürəm. Hesab bizdən belə oynamağı tələb edirdi”.

Belaruslu məşqçi bildirib ki, futbolçularından fərqli olaraq, o, rəqibdən Bakıda daha fərqli oyun gözləyirmiş:

“İlk oyunda 2:0 hesablı qələbə qazandıqdan sonra futbolçularda arxayınlıq ola bilər. Mən isə bilirdim ki, bizə Bakıda çətin olacaq”.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button