Bakıda beynəlxalq turnir keçiriləcək

Azərbaycan Minifutbol Federasiyasının(AMF) dəstəyi ilə may ayının 1-dən 6-dək Bakıda beynəlxalq turnir keçiriləcək.

Komanda.az xəbər verir ki, mərhum prezident Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir may ayının 1-də start götürəcək.

Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna milliləri iştirak edəcək. Yarışın qalibi may ayının 6-da müəyyənləşəcək.

Oyunları beynəlxalq dərəcəli yerli və əcnəbi hakimlər idarə edəcəklər.

Qarşılaşmalar Bakı Tennis Akademiyasında keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button