Bakıda AÇ-2020 işıq proyeksiyası ilə FOTOLAR

AÇ-2020-nin Bakıda keçirilən oyunlarının təbliğatı məqsədiylə müxtəlif səpkili tədbirlər davam edir.

Komanda.az xəbər verir ki, iyunun 12-də axşam saatlarında Heydər Əliyev Mərkəzinin üzərində işıq proyeksiyası vasitəsilə AÇ-2020-nin A qrupunun Bakı Olimpiya Stadionunda təşkil olunan qarşılaşmalarının iştirakçıları ilə bağlı görüntülər nümayiş etdirilib.

Xatırladaq ki, AÇ-2020-nin A qrupu çərçivəsində ilk oyun Uels və İsveçrə milli komandaları arasında keçirilib və qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

BOS-da növbəti oyun iyunun 16-da olacaq. Saat 20:00-da Türkiyə və Uels milli komandaları qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button