Bakı şəhər çempionatına yekun vuruldu

Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2-3 noyabrda cüdo üzrə kişilər və qadınlar arasında Bakı şəhər çempionatı keçirilib.

Komanda.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər bəlli olub.

Yarışda Bakının 39 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 187 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Yarışın ikinci günündə kişilər arasında -66, – 81 və -100 kq çəki dərəcələrində, qadınlar arasında isə -52 və -78 kq çəki dərəcələrində qaliblər bəlli olub.

Yarış 15-18 dekabrda keçiriləcək qadınlar və kişilər arasında Azərbaycan çempionatına seçim xarakteri daşıyır.

Medalçıları təqdim edirik:

Qadınlar

-48 kq.

  1. Xumar Qasımzadə
  2. Leyla Hüseynova
  3. Şəfiqə Mollazadə
  4. Məryəm Əlizadə

-52 kq.

  1. Çinarə Sadıqova
  2. Fidan Əliyeva
  3. Aytən İslamova

-57 kq.

  1. Elmira Mustafayeva
  2. Rəmziyyə Hüseynova
  3. Aydan Alışova

-70 kq.

  1. Nigar Əlibəyli
  2. Zəhra Əliyeva

-78 kq.

  1. Aysu Həsənova

Kişilər

-60 kq.

  1. Hüseyn Allahyarov
  2. Murad Muradlı
  3. Ayxan Mirzəzadə
  4. Səhib Babayev

-66 kq.

  1. Hüseyn Manafov
  2. Nicat Şirinov
  3. Eltun İmranov
  4. Bəhram Qurbanlı

-73 kq.

  1. Sadiq Həsənli
  2. Nicat Sultanov
  3. Ömər Qarayev
  4. Səid Rzayev

-81 kq.

  1. Əli Hacızadə
  2. Asim Qulamzadə
  3. Sadiq Hüseynli
  4. Kənan Quliyev

-90 kq.

  1. Musa Hüseynli
  2. Nihad Ələsgərli
  3. Tuncay Şamil
  4. Davud Namazlı

-100 kq.

  1. Rəşadət Paşazadə
  2. Bəxtiyar Məmmədov
  3. Murad Hüseynquliyev
  4. Nihad Əhmədov

+100 kq.

  1. Kənan Nəsibov
  2. Eldar Əliyev
  3. Cəlil Şükürov
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button