“Fulhem”dən ayrıldı, Türkiyəyə qayıdır

Hollandiyalı futbolçu Rayan Babel “Fulhem”dən ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu “instagram” hesabından məlumat yayıb. 2019-cu ilin yanvarında “Beşiktaş”dan “Fulhem”ə keçən Babelin İngiltərə klubuyla müqaviləsi iyulun 1-nə qədər idi.

56 dəfə də Hollandiya millisinin formasını geyinən Babelin, yenidən Türkiyəyə qayıdacağı və “Qalatasaray”a transfer olunacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button