“Bu, istədiyimiz bir şey deyil” – Lempard

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Valensiya” ilə 2:2 hesablı bərabərliyə razılaşan “Çelsi”nin baş məşqçisi Frenk Lempard açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingilərəli mütəxəssis, futbolçularına inandığını bildirib:

“Həm qalib gəlməyə, həm də məğlub olmağa çox yaxın idik. Çox qol epizodu yaratdıq, amma rəqibin də belə şanslar yaratmasına imkan verdik. Bu, istədiyimiz bir şey deyil. Oyuna daha çox nəzarət etməli idik. Burda oynamaq çox çətindir. Futbolçu kimi bu atmosferdə çıxış etməyin çətinliyini bilirəm. Bunun öhdəsindən yaxşı gəldiyimizi düşünürəm.

Bəzi problemlər yaşasaq da, oyunumuzda müsbət məqamlar gördüyüm üçün əsəbi deyiləm. Futbolçularıma güvənirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button