“Bəzi klublar qələbələrimizin təsadüf olduğunu düşünməyə başlamışdı”

“Xəzri” basketbol klubunun oyunçusu Səid İsmayılov Azərbaycan Basketbol Liqasının 6-cı turunda “Xırdalan”a 105:84 hesabı ilə qalib gəldikləri matç haqda danışıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı basketbolçu qarşılaşmaya istədikləri kimi start verdiklərini bildirib:

“Komanda olaraq hər kəs çox yaxşı mübarizə apardı. Son üç turda yaxşı oyun sərgiləmirdik və bunun da təsiri çox idi. Bəzi klublar qələbələrimizin təsadüf olduğunu düşünməyə başlamışdı. Bu qələbə ilə çempionatda əbəs yerə lider olmadığımızı göstərdik. Bu qarşılaşmada hər kəs üzərinə düşəni uğurla yerinə yetirərək qalibiyyətdə böyük pay sahibi oldu.

Bu da kollektivin çıxışına bağlı olan durumdur. Bugünkü 11 xal, 10 asist və 6 ribaund karyeramda bir ilk idi. Buna görə də çox xoşbəxtəm və komanda yoldaşlarıma minnətdarlığımı bildirirəm”.

“Xəzri” 6 oyundan sonra 11 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button