“Bəzi epizodlarda düzgün oynamadıq” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində İsveçdə “Hakken”ə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, 51 yaşlı mütəxəssis dəstəyə görə azarkeşlərə təşəkkür edib:

“Futbolçularımı təbrik edirəm. Vacib üç xal əldə etdik. Futbolçular qarşılaşmanı tam idarə edə bildilər. Rəqibin topla yaxşı davranan və sürətli oyunçuları var idi. Biz get-gedə oyunu ələ aldıq. Qalib gəlmək istəyiriksə, daha diqqətli və aktiv olmalıyıq. Bəzi epizodlarda düzgün oynamadıq. Amma ümumən matçdan razı qaldım”.

Qurbanov növbəti turlarda üz-üzə gələcəkləri Almaniyanın “Bayer” klubu ilə qarşılaşmalara da toxunub: “Hər görüşdə daha ciddi olmalıyıq. Həmişə güclü rəqiblərlə oynamağımızı istəmişəm. Bu, bizə faydalı olacaq və təcrübə qazandıracaq. Rəqib hazırda ən pik formasındadır. Öz oyunumuzdan əl çəkməməyə çalışacağıq. Onları tam yaxından analiz edəcəyik. Yaxşı mübarizə aparmaq niyyətindəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button