“Bəlkə də, çoxunun gözləntilərini qarşılaya bilmədim, amma…” – Qrizmann

“Barselona”nın futbolçusu Antuan Qrizmann klubdakı vəziyyəti və komanda yoldaşı Lionel Messi ilə münasibəti haqda açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu, Messi ilə münasibətinin gərgin olması ilə bağlı yayılan iddialara belə cavab verib:

“Barselona”ya gələndə ilk olaraq Messi ilə danışdım. Klubun ilk təklifini geri çevirdiyim üçün məyus olduğunu dedi. Messi hər gün yanımda olacağını bildirdi və mən bunu hər gün görürəm. Klubda hansısa futbolçu ilə problemim yoxdur. Komanda üçün əlimdən gələnin ən yaxşısını etmək istəyirəm.

Azarkeşlərin tənqidini qəbul edirəm. Komandaya uyğunlaşmaq üçün zamana ehtiyacım var. Üç fərqli məşqçi, üç fərqli sistemlə oynadıq. Komanda yoldaşlarımın mənə, mənim onlara uyğunlaşmağım lazımdır. Bəlkə də, çoxunun gözləntilərini qarşılaya bilmədim, amma komandaya kömək etmək istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button