Bəhlul Mustafazadə: “Eyni səhvləri təkrarlamamalıyıq”

Azərbaycan milli komadasının müdafiəçisi Bəhlul Mustafazadə AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İsveçə qarşı keçiriləcək oyun ərəfəsində fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Düşünürəm ki, iqlim dəyişikliyi bizim üçün heç bir problem yaratmamalıdır. Biz futbolçular tez-tez bu cür halla qarşılaşırıq. İlk oyundakı oyunumuza gəlincə, buraxdığımız qollarda bütün müdafiə xəttinin səhvi vardı. Əslində oyuna yaxşı başlamışdıq. Elə səhvlər oldu ki, şəxsən mən sığortalaya bilərdim, amma bacarmadım. Sabahkı oyunda eyni səhvləri təkrarlamamalıyıq.

Hamımız yaxşı nəticələr üçün mübarizə aparırıq. İnkişaf etdiyimizi düşünürəm. Çünki daha rahat oynamağa və qələbələr qazanmağa başlamışıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button