“Bəzi yüksək səviyyəli futbolçularımızı itirəcəyik” – Flik

Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Hans-Diter Flik komanda ilə bağlı açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, bir neçə futbolçu ilə yolların ayrılacağını bildirib:

“Bəzi yüksək səviyyəli futbolçularımızı itirəcəyik. Bu kimi hallara hazırlıqlı olmalıyıq. Təbii ki, yolumuza bu komandayla davam etsəydik, daha möhtəşəm olardı. Bəlkə də, çoxu bunu düşünməmişdi, amma biz bu mövsüm xüsusi şeylər bacardıq. Ancaq bilməliyik ki, bütün bunlar yeni mövsüm başlayanda sona çatacaq. Artıq yenidən hədəflərimizə çatmaq üçün çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button