Bəybalayev oynadı, komandası səfərdə uduzdu

Futbol üzrə Gürcüstan çempionatında 14-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Tiflis “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Vüqar da bu görüşün iştirakçısı olub. 27 yaşlı futbolçu start heyətdə meydana çıxıb və 58-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Telavi” cari mövsümdə keçirdiyi 14 oyunda cəmi 8 xal toplayıb və 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.