Azərbaycan millisinin keçmiş baş məşqçisi: “Bəlkə də, Koutinyo dünya səviyyəli futbolçu deyil”

Almaniya millisinin sabiq baş məşqçisi Berti Foqts Filippe Koutinyonun “Bavariya”ya keçidinə münasibət bildirib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Azərbaycan millisinin da “sükanı arxasında” çalışmış mütəxəssis, braziliyalı futbolçunun “Barselona”dan ayrılmasını tənqid edib:

“İlk baxışdan, Koutinyonun icarəsi Bundesliqa üçün böyük hadisə kimi görünür, amma bir sual vermək istəyirəm. Niyə 27 yaşlı futbolçu “Barselona” kimi dünya səviyyəli bir klubu tərk edir? Çünki o, Kataloniya klubunda möhkəmlənmək ümidini itirib. Bəlkə də, Koutinyo dünya səviyyəli futbolçu deyil, sadəcə yeni mövsümdə “Barselona”da ehtiyatda qala biləcək futbolçudur.

Eyni şey iki il əvvəl “Real”dan “Bavariya”ya keçən Xames Rodriqesdə də baş vermişdi. Ümid edirəm ki, Koutinyo “Bavariya” üçün faydalı olar və inkişaf etməyi bacarar”.

Koutinyo 2019/20 mövsümünü icarə əsasında “Bavariya”da keçirəcək.