Bədavi Hüseynov – 300

Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov “Qarabağ”ın heyətində 300-cü oyununu keçirib.

Komanda.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubileyi Premyer Liqanın 13-cü turunda “Kəpəz”lə matça təsadüf edib.

Hüseynov 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada meydana sonradan daxil olub. Debütü 2012/2013 mövsümünə təsadüf edən oyunçu bütün turnirlər nəzərə alınmaqla çıxdığı 300 görüşdə 4 qola imza atıb.

O, “köhlən atlar”ın tarixində 300 və daha çox oyun keçirən 10-cu futbolçudur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button