
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
Azərbaycanın gənc yelkənçiləri Mərakeşin Tanjer şəhərində optimist sinfi üzrə dünya çempionatında iştirak edəcəklər.
Bu barədə Komanda.az-a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.
Yarışda Amira Bayramova, Furkan Mustafayev, Səma Mansurzadə, Kamal Bəşirli və Emel Məmmədli mübarizə aparacaqlar.
Yarış iyunun 18-28-i aralığında keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



